

Marko Yankoviçlə bağlı azarkeşlərə ŞAD XƏBƏR
"Qarabağ"ın zədəli yarımmüdafiəçisi Marko Yankoviç fərdi məşqlərə başlayıb. Onun yaxın zamanda komanda ilə məşqlərə qoşulacağı gözlənilir.
Bunu BAKU.WS-ə açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.
O, bildirib ki, Yankoviçlə bərabər Montiel də fərdi şəkildə məşq edir.
"Hazırda Marko Yankoviç fərdi şəkildə məşqlərini davam etdirir. Həm Marko, həm də Montiel fərdi şəkildə məşqlər edirlər. Qarşıdakı günlərdə ehtimal var ki, tədricən komanda məşqlərinə qoşulsunlar. Bildiyiniz kimi komanda 4 günlük istirahətdədir. Bu gündən məşqləri bərpa edəcəyik. Artıq qarşıdakı günlərdə bu barədə daha ətraflı məlumatımız olacaq. Bu barədə məlumatımız yalnız ondan ibarətdir ki, qarşıdakı günlərdə komanda ilə tədricən məşqlərə qoşulması gözlənilir", - deyə Anar Hacıyev vurğulayıb.
Xatırladaq ki, Marko Yankoviç UEFA Çempionlar Liqasının 1-ci turunda "Benfika" ilə keçirilən matçın 77-ci dəqiqəsində zədələnərək meydançanı tərk edib. Matç komandamızın 2:3 hesablı qələbəsi ilə başa çatıb.
Banu Hüseynli
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Görkəmli alim Aida İmanquliyevanın doğum günüdür
-
Futbol üzrə dünya çempionatının vaxtı dəyişdirilə bilər
-
Savaşın taleyini müəyyənləşdirən Hadrut əməliyyatı - Düşmənə gözlənilməz zərbə
-
Kanadada əyləncə parkı 30 ağ balinanı öldürmək məcburiyyətində qala bilər
-
201 nömrəli tam orta məktəbin direktoru işdən azad edilib
-
DÇ-2026: Azərbaycan millisi bu gün Parisdə Fransa yığması ilə qarşılaşacaq