Azərbaycan meyvə-tərəvəz ixracından 380 mln. dollardan çox gəlir əldə edib
2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycan 383 milyon 863 min dollar dəyərində 368 min 549 ton meyvə-tərəvəz ixrac edib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 4% və ya 16.3 milyon dollar, həcmi isə 7.2% və ya 28.4 min ton azalıb. 2023-ci ilin ilk 7 ayında Azərbaycan 400 milyon 118 min dollar dəyərində 396.9 min ton meyvə-tərəvəz ixrac edib.
Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 139.5 milyon dollar dəyərində tomat (116.9 min ton) , 54.5 milyon dollar dəyərində meşə fındığı (8 844 ton), 27.8 milyon dollar dəyərində xurma (35.4 min ton), 23.6 milyon dollar dəyərində alma (35.4 min ton ), 20.4 milyon dollar dəyərində kartof (48.2 min ton), 3.3 milyon dollar dəyərində nar (3651 ton) olub.
Əlavə edək ki, cari ilin yanvar-iyul aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.38%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 20.48%-ə bərabər olub.
Oxşar xəbərlər
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu il 2.5 mlrd. dolları ötüb
Toyota Prius: Hibrid Avtomobillərin atası
Bu il Azərbaycan şəkər ixracından gəlirlərini artırıb
Azərbaycanda magistral qaz kəmərlərində itkilər kəskin azalıb
Azərbaycan bu il Rusiyaya xurma ixracını 71 faiz artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə XƏBƏRDARLIQ - Bu tarixlərdə SU OLMAYACAQ
-
Alyona Əliyeva Lənkəranda Baytarlıq Klinikasının açılışı ilə bağlı paylaşım edib
-
COP-a sədrlik Azərbaycandan Braziliyaya təhvil verilib
-
Antonio Konte: "Qarabağ" Çempionlar Liqasının sürpriz komandasıdır
-
Gəncədə yeniyetmə bıçaqlanıb
-
"Qarabağ"ın ÇL-dəki oyununa məşhur hakim təyin olundu













