Azərbaycan bu il Rusiyaya xurma ixracını 71 faiz artırıb
2024-cü ilin əvvəlindən bəri Azərbaycandan Rusiyaya xurma ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 71,3 faiz artıb.
“Far.Az” xəbər verir ki, bu barədə Ruisyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.
“2024-cü ilin əvvəlindən Rusiyaya Azərbaycandan 338,7 min ton meyvə-tərəvəz tədarük edilib ki, bu da 2023-cü ilin analoji dövrü üçün olan göstərici (352 min ton) ilə müqayisə oluna bilər. Eyni zamanda xurma tədarükü 71,3 % - 18,2 min tondan 31,2 min tona, nektarin 34,2 % - 14,1 min tondan 19 min tona, şaftalı 26,6 % - 13,7 min tondan 17,4 min tona, çiyələk 10,7 % - 17,6 min tondan 19,5 min tona, pomidor 9,7 % - 106 min tondan 116,2 min tona qədər artıb”, - “Rosselxoznadzor”un məlumatında deyilir.
Statistikaya əsasən, Rusiyadan Azərbaycana ərzaq kartofunun ixracının həcmi xeyli artıb - 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə və 23 min ton təşkil edib. Soğan ixracı da 5,1 dəfə artaraq 7,7 min tona çatıb.
Oxşar xəbərlər
Azərbaycan meyvə-tərəvəz ixracından 380 mln. dollardan çox gəlir əldə edib
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu il 2.5 mlrd. dolları ötüb
Uşaqların sevimli "çöplü şirə"ləri ilə bağlı ŞOK DETALLAR - Genofondu dağıdır
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə edilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda qayıdış hüququna həsr edilən beynəlxalq elmi konfrans keçirilir
-
Azərbaycanlı model rusiyalı aktrisa ilə evləndi
-
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib
-
Suraxanıda narkokuryerdən 10 kiloqram MARİXUANA AŞKARLANDI
-
Tanınmış xanəndə özünə 257 000 AZN-lik avtomobil sifariş edib
-
Maşın qaçırtdı, adam bıçaqladı, faciəli şəkildə öldü - Gəncədəki hadisənin TƏFƏRRÜATI













