MM Konstitusiyanın 30 illiyi ilə bağlı yubiley medalının təsis edilməsini təsdiqləyib
Milli Məclis Azərbaycan Konstitusiyasının 30 illiyi (1995-2025) ilə əlaqədar yubiley medalının təsis edilməsini təsdiqləyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Konstitusiyasının 30 illiyi (1995-2025)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, yubiley medalı ilə Konstitusiyanın hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, onun aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər təltif ediləcəklər.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türk hərbçilərin də olduğu təyyarə qəzasından ANBAAN GÖRÜNTÜLƏR
-
Dövlət Sərhəd Xidməti Türkiyə təyyarəsinin qəzası ilə bağlı başsağlığı verib
-
Ayın səthində iki "sirli" parıltı aşkarlandı
-
Bu ay gözlənilməz sürprizlər yaşayacaq yeganə BÜRC
-
Azərbaycanda məşhur muzey LƏĞV OLUNDU
-
İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib













