FHN Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında təlim keçirib
Fövqəladə Hallar Nazirliyi (FHN) İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında "Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə" mövzusunda təlim keçirilib.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, FHN-in Şimal Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd tibb müəssisəsinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.
Əvvəlcə, təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən xəstəxananın kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.
Sonra təlimin praktiki hissəsinə start verilib.
Belə ki, şərti yanğın zamanı "Həyəcan" siqnalı verildikdən sonra FHN-in yanğın-xilasetmə bölmələri operativ qaydada hadisə yerinə çataraq xəstəxananın müvafiq personalı ilə əlaqəli şəkildə obyektin təxliyə planına uyğun insanların təhlükəsiz yerə təxliyəsini həyata keçirib, paralel olaraq "yanğınla mübarizə" tədbirləri yerinə yetirilib, habelə şərti xəsarət almış şəxslərə "ilkin yardım göstərilib".
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunur.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
FHN cəzaçəkmə müəsisəsində təlim keçirdi
FHN SOCAR-ınzavodunda yanğın-taktiki təlim keçirib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ucar xəstəxanasında fövqəladə hallarda davranış qaydaları ilə bağlı təlim keçirilib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Neftçalada bazarda baş verən yanğın söndürüldü
-
"Instagram"da yazdıqdan 10 gün sonra evlilik təklifi etdi"
-
İslamiadanın gümüş medalçısı: "Hədəfim Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırmaqdır"
-
Duzlu və acılı qidaların orqanizmə zərərləri açıqlandı
-
Kamran İbrahimov: "Bəylik kürsümə asılan bayrağı Hadrutdakı yüksəkliyə sancdıq"
-
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub













