Bu pəhriz təzyiqi azaltmağa kömək edir
Alimlər bildiriblər ki, hipertoniya (yüksək qan təzyiqi) riskini azaltmaqda DASH pəhrizi (yəni "Dietary Approaches to Stop Hypertension" – Hipertoniyanın Qarşısını Almağa Yönəlik Qidalanma) Aralıq dənizi pəhrizindən daha təsirli nəticə göstərib.
BAKU.WS xəbər verir ki, araşdırmalara görə, DASH pəhrizi yüksək təzyiqi olan insanlarda sistolik təzyiqi 5–8 mm civə sütunu, sağlam şəxslərdə isə 3–7 mm civə sütunu azalda bilir. Qan təzyiqində 10 mm azalma isə ürək-damar xəstəlikləri riskini 20 faiz aşağı salır.
Aralıq dənizi pəhrizinin isə nəticələri daha qeyri-sabit olub – o, yalnız diastolik təzyiqi (aşağı təzyiq) azaltmaqda müəyyən təsir göstərib.
Mütəxəssislər qeyd ediblər ki, DASH pəhrizi az yağlı süd məhsullarının qəbulunu təşviq edir və duzun (natriumun) miqdarını məhdudlaşdırır, halbuki Aralıq dənizi pəhrizində süd məhsulları az istifadə olunur və duz istifadəsi açıq şəkildə məhdudlaşdırılmır.
Mütəxəssislərin fikrincə, düzgün tətbiq olunan DASH pəhrizi ürək və damar sağlamlığının qorunması baxımından ən effektiv qidalanma modellərindən biri hesab olunur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Süd və süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
Səhiyyə Nazirliyi: "Müntəzəm qan verən şəxslərdə infarkt və insult riski 30-40% aşağı olur"
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
-
Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər
-
"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"
-
Sumqayıtda mühafizəçi işlədiyi şirkətdən oğurluq etməkdə şübhəli bilinir
-
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır
-
Qubada qaydaları pozan qazilər həbs edildilər













