Ayxan Abbasov: "Ruh və istək olduqdan sonra nəticə gələcək"
Hazırkı Azərbaycan millisinin yaxşı potensialı var.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:
"Bilirdik ki, gərgin oyun olacaq. Futbolçularımızda yorğunluq var idi. Oyunçularımız xarakter göstərdilər. Onların hər birinə təşəkkür edirəm. Üç gün aralığında böyük yığmalara qarşı oynamaq asan olmadı. Futbolçularımızdan inamlı, rahat olmaqlarını istəmişdik. Bu gün onu göstərdilər. Bəlkə də xal qazanmalıydıq. Qarşılaşmanın ilk 10-15 dəqiqəsi çox çətin keçdi. Qələbə qazanmaq istəyirdilər. Nəriman Axundzadənin qol epizodunu dəyərləndirsəydi, bəlkə başqa cür olardı. Gələcəyə nikbin baxırıq, bu komandanın potensialı var. Ruh və istək olduqdan sonra nəticə gələcək. Evdə 2 oyunumuz var. O matçlara hazırlaşacağıq. Çalışacağıq ki, xallarımızın sayını artıraq".
Qeyd edək ki, Ukrayna - Azərbaycan oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"













