Ağdamda soyutma avadanlıqları və mebel fabriki açılacaq
Far.Az xəbər saytı

Ağdamda soyutma avadanlıqları və mebel fabriki açılacaq


"Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkında ümumilikdə 50 sahibkarlıq subyekti rezident, 7 sahibkar isə qeyri-rezident kimi qeydiyyata alınıb, 14 müəssisə fəaliyyət göstərir. 200 milyona yaxın investisiya yatırılıb, 1000-dən artıq daimi iş yeri yaradılıb".

Far.Az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımlı deyib.

O bildirib ki, Ağdam Sənaye Parkında hazırda qeydiyyatdan keçən müəssisələrin sayı, işğaldan əvvəlki dövrlərdə mövcud olmuş müəssisələrin sayından çoxdur:

"Artıq əminliklə deyə bilərəm ki, Ağdam Sənaye Parkı rayonun əvvəlki sənaye nüfuzunu özünə qaytarıb.

Bu günlərdə Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında yeni rezidentlər qeydiyyata alınıb. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında qeydiyyata alınmış yeni rezident tərəfindən 2.5 hektar ərazidə soyutma avadanlıqlarının istehsalı layihəsi həyata keçiriləcək. Müəssisədə il ərzində 5 növdə olmaqla 3 680-dən çox soyutma avadanlıqları istehsal olunacaq. İnşa ediləcək müəssisənin investisiya dəyəri 8 milyon manat təşkil edir.

Ağdam Sənaye Parkının isə yeni qeydiyyata alınan rezidenti tərəfindən mebel istehsalı layihəsi icra ediləcək. Layihə çərçivəsində müxtəlif təyinatlı mebellərin, yumşaq panel və metal aksesuarların istehsalı nəzərdə tutulur. Müəssisənin illik istehsal gücü 4 min ədəd mebel istehsalı təşkil edəcək. Fabrikin investisiya dəyəri 6 milyon manatdır.

Yaradılacaq bu iki müəssisədə ümumilikdə 100-ə yaxın daimi iş yeri yaradılacaq".

"Bundan başqa, hazırda bu iki sənaye parkının rezidenti olmaq istəyən sahibkarlar tərəfindən İqtisadi Zonaların İnkişafı Agentliyinə 10-dan çox layihə təqdim edilib. Əsasən təqdim edilən layihələr tikinti materiallarının, mebel, tekstil, məişət, və s. məhsulların istehsalı üzrə ixtisaslaşıblar", - deyə mətbuat katibi bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
İZİA rəsmisi: “Araz Vadisi İqtisadi Zonası”nda təməli qoyulan müəssisələr gələn il fəaliyyətə başlayacaq”
Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına yatırılan investisiyanın həcmi açıqlanıb
Ağdam Sənaye Parkına 97 milyon manat investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər