Növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim edilib
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim olunub.
Far.Az xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, bununla Təzəbinə kəndinə köçürülən ailələrin sayı 83-ə (368 nəfər) çatıb.
***13:02
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Far.Az xəbər verir ki, Şuşakənd və Təzəbinə kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Şuşakənd kəndinə 27 ailə - 116 nəfər, Təzəbinə kəndinə isə 27 ailə - 117 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
Yataqxanada yaşayanlar Şuşakənd və Təzəbinə kəndlərinə köçürüldü
Növbəti köç karvanı Ballıca və Təzəbinə kəndlərinə çatıb
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Xocalının Ballıca və Təzəbinə kəndlərinə növbəti köç karvanı yola salınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb













