74 yaşlı qadının məhkəmə istintaqı yenidən başlayır
Far.Az xəbər saytı

74 yaşlı qadının məhkəmə istintaqı yenidən başlayır


Bakıda torpaq sahəsini qanunsuz zəbt etməkdə və oğurluqda təqsirləndirilən 74 yaşlı Qədəm Tarverdiyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik edildiyi üçün məhkəmə istintaqı yenilənib.

Daha sonra təqsirləndirilən Qədəm Tarverdiyevanın vəkili vəsatət verib.

Vəkil müvəkkili barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib.

Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib.

Məhkəmənin növbəti iclası dekabrın 14-nə təyin edilib.

Xatırladaq ki, məhkəmə Qədəm Tarverdiyevanın ötən prosesdə də iştirak etməməsinə görə onun axtarışa verilməsi, barəsində olan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması və Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi barədə qərar vermişdi.

Qeyd edək ki, Qədəm Tarverdiyeva ilə bağlı məhkəmə istintaqı artıq yekunlaşıb və iş hökm mərhələsində olub.

1952-ci il təvəllüdlü Qədəm Tarverdiyeva barəsində daxil olan şikayətlər əsasında Bakı Şəhər Baş Polis İdarəsində istintaq aparılıb.

İstintaqla müəyyən olunub ki, Q.Tarverdiyeva Binəqədi qəsəbəsində qanunsuz olaraq torpaqları zəbt edib. Həmçinin 2023-cü ildə zərərçəkənin Binəqədi qəsəbəsində yerləşən həyətinə qanunsuz daxil olaraq videomüşahidə kameralarını sındırıb, evdən ümumi dəyəri 17 600 manat təşkil edən çoxlu sayda məişət əşyası oğurlayıb.

Bundan başqa o, digər zərərçəkənin torpağına qanunsuz daxil olaraq onun həyətindəki dəmir hasarı söküb, yerinə yenisini qoyaraq torpağını mənimsəməkdə də ittiham olunub.

Qədəm Tarverdiyeva Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla oğurluq) və 188.4.1-ci (torpaq sahəsini özbaşına tutma və qanunsuz tikinti işləri aparma) maddələri ilə təqsirləndirilir.

O, 2024-cü ilin iyun ayında istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub və iyul ayında tutularaq saxlanılıb, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Qədəm Tarverdiyeva 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluq ittihamı üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. Eyni iş üzrə onun oğlu Nadir Tarverdiyev də məhkum olunub.

Qədəm Tarverdiyeva 2020-ci ilin aprel ayında əfv sərəncamına əsasən, cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər