"Haber Global" Xankəndidəki forum barədə: "Qarabağ modeli dünyaya tanıdılır"
"İqlimə davamlı və sağlam şəhərlərə doğru" şüarı altında təşkil olunan III Milli Şəhərsalma Forumu başlayır. İlk günün sessiyaları Xankəndidə keçiriləcək.
Far.Az xəbər verir ki, bu barədə "Haber Global"ın müxbiri Murat Karataş bildirib.
Qeyd olunur ki, təxminən beş ilə yaxındır ki, Azərbaycan 30 il ərzində erməni işğalından azad edilmiş ərazilərində yenidənqurma prosesinə başlayıb. Azərbaycan indi tikinti prosesini beynəlxalq ictimaiyyət və beynəlxalq həmkarları ilə bölüşür.
Daha əvvəl ilk Şəhərsalma Forumu 2022-ci ildə Ağdamda, ardınca isə 2023-cü ildə Zəngilanda keçirilib. Bu dəfə isə Qarabağın qədim və köklü şəhəri Xankəndidə keçirilir. Forum ilk iki gün Xankəndidə, daha sonra isə Bakıda keçiriləcək.
III Beynəlxalq Şəhərsalma Forumunun məqsədi memarları, ekoloqları, hökumət və özəl sektor nümayəndələrini, beynəlxalq təşkilatları, alimləri və gəncləri şəhərlərin gələcəyi üçün ümumi həll yolları axtarmaq üçün bir araya gətirməkdir.
Daha ətraflı videoda:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
"Regional sülh, əməkdaşlıq və Qarabağın dirçəlişinə strateji baxış" mövzusunda forum keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ad günündən qayıdan Ada Süleyman faciəli şəkildə öldü - TƏFƏRRÜAT
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Read Qasımov: "Orta Dəhliz ətrafında iqtisadi fəaliyyətin genişləndirilməsi vacibdir"













