Ərdoğan: "Akkuyu" AES-də tezliklə elektrik enerjisi istehsalına başlanacaq
Far.Az xəbər saytı

Ərdoğan: "Akkuyu" AES-də tezliklə elektrik enerjisi istehsalına başlanacaq


Tezliklə "Akkuyu" Atom Elektrik Stansiyasında (AES) elektrik enerjisi istehsalına başlanacaq.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair xalqa və hökumətə müraciətində deyib.

"Çox yaxında "Akkuyu" Atom Elektrik Stansiyasında elektrik enerjisi istehsalına başlayacağıq. Amma bu sahədə başqa layihələrimiz də var. Bizi gözdən salmağa çalışan müxalifətin tənqidlərinə məhəl qoymayaraq, nüvə enerjisinə sərmayə qoymağa davam edəcəyik", - Ərdoğan vurğulayıb.

Bundan əvvəl Türkiyənin energetika naziri Alparslan Bayraktar bəyan edib ki, Ankara stansiyanın dörd reaktorundan birincisini 2026-cı ildə istismara vermək niyyətindədir.

Oxşar xəbərlər

Türkiyə Energetika Nazirliyi: "Akkuyu" AES-in birinci reaktorunun bu il işə salınması planlaşdırılır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bayraktar: “Akkuyu” AES-in istismarına 2025-ci ildən başlana bilər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Rusiyanın Türkiyədəki səfiri: Qərbin sanksiyalarına baxmayaraq “Akkuyu” AES layihəsi həyata keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər