Bayraktar: “Akkuyu” AES-in istismarına 2025-ci ildən başlana bilər
Türkiyə artıq 2025-ci ildə “Akkuyu” Atom Elektrik Stansiyasından (AES) elektrik enerjisi almağa başlayacağına ümid edir.
“Far.Az” xəbər verir ki, bu barədə İstanbulda Atlantik Şurasının təşkil etdiyi energetika konfransında çıxış edən Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.
“Hazırda ilk nüvə reaktorlarımızın tikintisi davam edir. Mersində “Akkuyu” AES-in 4 nüvə reaktoru eyni vaxtda tikilir. Mersindəki nüvə tikinti sahəsi dünyanda AES tikintisi üzrə ən böyük sahədir. Birinci reaktor üzrə irəliləyiş artıq 90 %-i keçib. Ümid edirəm ki, artıq 2025-ci ildə orada ilk elektrik enerjisini istehsal etməyə başlayacağıq. 2028-ci ilə qədər qalan üç reaktorun da istifadəyə verilməsi ilə Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 faizini təkcə bu AES ilə ödəyəcəyik”, - nazir deyib.
Bayraktar vurğulayıb ki, “Akkuyu” AES Türkiyənin enerji strategiyasının inkişafı kontekstində hədəf aldığı tək nüvə layihəsi deyil.
“Biz 2050-ci ilə qədər nüvə enerjisi müəssisələrinin ümumi gücünü 20 min meqavata çatdırmağa çalışırıq. Bu, uzunmüddətli hədəfdir. Təbii ki, söhbət təkcə daha ikisi Sinop və Trakyada tikiləcək ənənəvi AES-lərdən getmir, eyni zamanda kiçik modul reaktorları haqqında da planlarımız var”, - o qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Rusiyanın Türkiyədəki səfiri: Qərbin sanksiyalarına baxmayaraq “Akkuyu” AES layihəsi həyata keçiriləcək
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər













