"Haber Global": Qarabağ modeli dünyaya tanıdılır
Far.Az xəbər saytı

"Haber Global": Qarabağ modeli dünyaya tanıdılır


Türkiyənin "Haber Global" telekanalı Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) ikinci günündən süjet yayımlayıb.

Far.Az xəbər verir ki, süjetdə Forumun işi və Qarabağdakı yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, 60 ölkədən 400 mütəxəssisin qatıldığı Forumda Qarabağ modeli dünyaya tanıdılır.

Süjetdə Azərbaycan Milli Məclisinin üzvü Vüqar Bayramovun da fikirlərinə yer verilib. Deputat bildirib ki, bu forum təkcə Azərbaycan deyil, qlobal müstəvidə təcrübələrin təqdimatına imkan yaradır.

Daha ətraflı videomaterialı təqdim edirik:

Oxşar xəbərlər

Məktəbin ilk günündən FOTOLAR
F1: Azərbaycan Qran-prisinin ilk günündən - FOTOREPORTAJ
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər