Rusiyada azərbaycanəsilli iş adamına dörd il həbs cəzası verildi
Rusiyanın Smolensk vilayətinin Milli Konqresinin lideri, azərbaycanəsilli iş adamı Faiq Əliyev rüşvət verdiyinə görə 4 il həbs cəzası alıb və 8.4 milyon rubl (178 min AZN) cərimə edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TASS-a regional prokurorluqdan bildirilib.
Məhkəmə müəyyən edib ki, Faiq Əliyev "Prestij" restoran-mehmanxana kompleksinin faktiki elektrik xərclərini gizlətmək üçün energetiklərə rüşvət verib.
Məhkəmə müəyyən edib ki, rüşvət 846 500 rubl (18 min AZN) təşkil edib, elektrik enerjisi üzrə borc 994 000 rubl (21 min AZN) olub. Cinayət 13 mart 2020-ci il və 6 dekabr 2024-cü il tarixləri arasında törədilib.
Sahibkarın vəkilləri hökmdən Smolensk vilayət məhkəməsinə apellyasiya şikayəti vermək niyyətindədirlər. Əliyevin vəkillərindən başqa, apellyasiya məhkəməsinin iclasında Smolensk vilayəti İctimai Palatasının Millətlərarası və Dinlərarası Münasibətlərin Uyğunlaşdırılması Komissiyasının sədri Yelena Ulyanenkova da daxil olmaqla ictimai müdafiəçiləri də olacaq.
"Mən 28 ildir ki, onunla ictimai işlərdə işləyirəm və onu saysız-hesabsız insanlara kömək edən vicdanlı və layiqli bir insan kimi tanıyıram. 2014-cü ildə o, qaçqınlara kömək edib. Onun ehtiyacı olanlara təmənnasız yardım göstərməsinə minlərlə misal göstərmək olar. 28 ictimai təşkilatın daxil olduğu Milli Konqresin üzvləri Faiq Zakiroviçə qarşı yumşaq cəza tələb edir", - Ulyanenkova bildirib.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













