Daşkəsəndə altı uşağının səs-küyünə dözməyən kişi arvadını döydü
Daşkəsəndə uşaqlarının səs-küyündən əsəbiləşən kişi arvadını döyüb.
Far.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində baş verib.
41 yaşlı İzzət Muradov (ad və soyad şərtidir) yaşadıqları evdə arvadını yerə yıxaraq, təpiklə başına zərbələr vurub.
Təqsirləndirilən şəxs bildirib ki, mübahisəyə səbəb arvadının onun sözünə əməl etməməsi və uşaqların səs-küy salması olub:
"Evdə uşaqlar səs-küy salanda tez əsəbiləşirəm və nalayiq sözlər işlədirəm. Əvvəllər də belə olub".
6 uşaq anası olan zərərçəkənin sözlərinə görə əri ilə arasında süfrənin təmiz olmaması səbəbindən mübahisələri olub:
"İzzətə dedim ki, uşaqlar dərs edirlər, mən də kürədə çörək bişirirəm. İşimi bitirib süfrəni təmizləyəcəm. Lakin o, mənimlə mübahisə etdi. Yanından uzaqlaşanda saçımdan tutdu, dartıb yerə yıxdı. Sonra təpiklə başıma zərbələr vurdu. Başımdan qan axırdı. Bu hadisədən sonra polisə şikayət etdim. Əvvəllər də ərim məni döyüb. Lakin məhkəmədə şikayətçi olmamışam. Amma yenə də İzzət hər gün evdə səbəbsiz yerə dava-dalaş salırdı. Məni uşaqlarımın yanında söyüb döyürdü. Həm də məni və azyaşlı qızımızı əxlaqsız adlandırır".
Qadın bildirib ki, 6 uşağının hamısı azyaşlıdır və onları çətinliklə böyüdür. Buna baxmayaraq, əri tərəfindən daim döyülür. Əri ilə barışmaq istəmir və onun barəsində qanuni tədbir görülməsini xahiş edir.
Hadisə ilə bağlı İzzət Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub.
Daşkəsən rayon Məhkəməsində hakim Kənan Vəliyevin sədrliyi ilə keçirilən iclasda İzzət Muradovun 20 gün müddətinə inzibati qaydada həbs olunmasına qərar verilib.
Oxşar xəbərlər
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Azərbaycan ərazilərinin işğal edilməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













