"Neftçi" Vensan Abubakarla müqavilənin müddətini açıqlayıb
Far.Az xəbər saytı

"Neftçi" Vensan Abubakarla müqavilənin müddətini açıqlayıb


"Neftçi" ulduz futbolçu Vensan Abubakarla müqavilənin müddətini açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kamerun milli komandasının hücumçusu artıq "Neftçi" ailəsinin üzvüdür. 45 nömrəli formanı geyinəcək futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.Sonuncu klubu "Hatayspor" olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib.

O, "Portu" ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), "Beşiktaş"la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.Kamerun milli komandasının kapitanı olan hücumçu yığmanın heyətində 115 oyun keçirib, 45 qola imza atıb. Abubakar 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.

Oxşar xəbərlər

"Neftçi" təcrübəli hücumçu transfer etdi - Vensan Abubakar Bakıda
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Abubakar bu mövsüm "Neftçi"yə nə dərəcədə faydalı olacaq?" - İdman jurnalistləri səs-küylü transferi şərh etdilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər