Nikol Paşinyan: İlham Əliyevin qərarı çox pozitivdir
Far.Az xəbər saytı

Nikol Paşinyan: İlham Əliyevin qərarı çox pozitivdir


Tbilisidə keçirilən 5-ci İpək Yolu Forumunda çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan tədbirin region ölkələri arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığını bildirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, N.Paşinyan bəyan edib ki, bu platforma sayəsində Ermənistan Azərbaycanla sülhə daha da yaxınlaşıb.

O qeyd edib ki, Tbilisi İpək Yolu Forumu region ölkələrini birləşdirən vacib təşəbbüsdür və qarşılıqlı əlaqələrin dərinləşməsinə xidmət edir:

"Bu böyük layihə yalnız iqtisadi deyil, həm də sülh və sabitlik üçün önəmli addımdır. Onun nəticələrindən biri kimi Azərbaycan və Naxçıvanı birləşdirən sülh yolu açılacaq".

Paşinyan çıxışında Azərbaycan Respublikasının Prezidentinin Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatına da toxunub.

"Azərbaycan Prezidenti çox mühüm və pozitiv addım atdı. Bu qərar regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Bu sülh region üçün çox vacibdir" – deyə Paşinyan vurğulayıb.

O bildirib ki, Gürcüstanın dialoq və əməkdaşlıq üçün yaratdığı mühit Cənubi Qafqazda sabitlik və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər