Qazaxıstan Azərbaycan təcrübəsinə müraciət etdi: KOB evi modeli ixrac olunur
Far.Az xəbər saytı

Qazaxıstan Azərbaycan təcrübəsinə müraciət etdi: KOB evi modeli ixrac olunur


"Qazaxıstan son illərdə ətrafında mövcud olan bütün uğurlu idarəçilik və inkişaf modellərindən çevik şəkildə yararlanmağı bacaran bir ölkədir. Bu açıq və praqmatik yanaşma nəticəsində ölkənin iqtisadi inkişaf tempi son 5 ildə heyratamiz dərəcədə yüksəlib. Bu məqsədyönlü iqtisadi yanaşmanın və sahibkarlığa verilən strateji önəmin nəticəsidir". BAKU.WS-in məlumatına görə, bu sözləri iqtisadçı Eldəniz Əmirov bildirib. Onun sözlərinə görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən yaradılmış KOB evi modeli Qazaxıstanın diqqətini cəlb edib: "Dünən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstan Xarici Ticarət Palatası arasında imzalanmış Anlaşma Memorandumu bu modelin Qazaxıstanda tətbiqi üçün strateji addımdır. Qazaxıstanın bu günkü inkişaf dinamikası, dövlət institutlarının idarəçilik mədəniyyəti və sahibkarlığa verdiyi prioritetlər göstərir ki, yaxın illərdə dövlət xidmətlərinin əhəmiyyətli bir hissəsi KOB evlərinə inteqrasiya olunacaq. Böyük ehtimalla, xidmətlərini KOB evlərinə daşımayan dövlət qurumu demək olar ki, qalmayacaq. Bu yanaşmanın mahiyyəti sadəcə sahibkar üçün inzibati rahatlıq yaratmaq deyil. Bu, KOB sektorunun sistemli inkişafını təmin edən mexanizmdir. Dövlət xidmətlərinin vahid məkanda toplanması çevik biznes mühiti yaradır, vaxt və vəsait itkilərini azaldır, yeni təşəbbüslərin yaranmasını stimullaşdırır və nəticə etibarilə ölkənin iqtisadi inkişafına real töhfə verir".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Baku TV və "Özbəkistan 24" arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər