Blinken: Girovların geri qaytarılması və atəşkəsin əldə olunması üçün hər kəsin “hə” deməsinin vaxtıdır
Girovların geri qaytarılması, atəşkəsin əldə olunması üçün hər kəsin “hə” deməsinin və “yox” demək üçün heç bir bəhanə axtarmamasının vaxtıdır.
"Far.Az" xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ Dövlət katibi Antoni Blinken İsrail Prezidenti İsxak Hersoqla görüşdə deyib.
"İsraildə İrandan, "Hizbullah"dan və digər mənbələrdən gələcək hücumların mümkünlüyü ilə bağlı dərin narahatlıqla dolu bir an olduğunu bilirəm. Prezidentin də dediyi kimi, Birləşmiş Ştatlar istənilən hücumun qarşısını almaq və lazım gələrsə, hər hansı bir hücumdan müdafiə etmək üçün buraya qüvvələr yerləşdirmək istiqamətində qəti addımlar atıb. Amma səfərimin məqsədi diqqəti girovların geri qaytarılması, atəşkəsin əldə olunmasına yönəltməkdir", - o qeyd edib.
A.Blinken vurğulayıb ki, hazırda girovları evlərinə qaytarmaq üçün bəlkə də, sonuncu fürsətdir:
"Bu, həlledici məqamdır – girovları evlərinə qaytarmaq, atəşkəs əldə etmək üçün, yəqin ki, ən yaxşı, bəlkə də, sonuncu fürsətdir".
Oxşar xəbərlər
Blinken: Ola bilsin ki, bu, israilli girovları geri qaytarmaq üçün son şansdır
İsrail Prezidenti girovların qaytarılması ilə əlaqədar ABŞ-yə təşəkkür edib
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Bu il ADEX silah sərgisində ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək
-
Ötən gün 25 nəfər saxlanılıb
-
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"
-
Qazaxıstan AK ilə Transxəzər enerji dəhlizinin PMI siyahısına daxil edilməsini müzakirə edir













