Ödəmə terminalından oğurluğa və narkotik satmağa görə 3 nəfər tutulub
Abşeron rayonu ərazisində yerləşən marketlərin birində ödəmə terminalından oğurluq edilib.
BAKU.WS DİN-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı Rəşad Cəlilov və 34 yaşlı Xəzər Hüseynov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər rayonun Masazır qəsəbəsindəki marketdə ödəmə terminalını sındırmaqla ümumilikdə 3 min manatdan artıq pul vəsaitini talayıblar. Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
İdarə əməkdaşları tərəfindən rayon ərazisində həyata keçirilən digər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 44 yaşlı Elvin Məmmədov saxlanılıb. Həmin şəxsin Xırdalan şəhərində yaşadığı evə baxış zamanı ümumilikdə 16 kiloqram, o cümlədən 7 kq heroin, 4 kq metamfetamin, 5 kq marixuana, 1230 ədəd psixotrop tərkibli metadon həbi və narkotiklərin satışında istifadə edilən elektron tərəzi aşkarlanıb.
E.Məmmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.
Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
DİN-in hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
-
Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var
-
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
-
Göygölə dolu yağıb - FAKTİKİ HAVA
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda vətəndaş qəbulu keçirib













