Qardaşını anasının gözü qarşısında qətlə yetirən şəxsə hökm oxundu
Tərtərdə qardaşını öldürməkdə təqsirləndirilən Sədi Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlasıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq Sədi Əliyevə verilmiş ittiham üzrə maddə 120.1-ci maddəyə tövsif olunaraq ona 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, hadisə ötən il Tərtər rayonunda baş verib. Tərtər Rayon Prokurorluğunun yaydığı məlumata görə, rayon sakini, 1992-ci il təvəllüdlü Abil Əliyevin öldürülməsi faktı ilə bağlı prokurorluğa məlumat daxil olub.
İbtidai istintaqla Sədi Əliyevin qardaşı Abil Əliyevlə aralarında yaranmış mübahisə zamanı sonuncunu analarının gözü qarşısında bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Sədi Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə yekun ittiham elan edilib, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Zərərçəkmiş Laçın sakini: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu
Anasının gözü qarşısında qardaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi













