Vensan Abubakar: "Neftçi"yə faydalı olmaq üçün gəlmişəm"
Far.Az xəbər saytı

Vensan Abubakar: "Neftçi"yə faydalı olmaq üçün gəlmişəm"


"Neftçi"nin yeni transferi Vensan Abubakar komandaya maksimum töhfə vermək niyyətindədir.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, kamerunlu hücumçu bu fikri Misli Premyer Liqasının IX turunda "Qəbələ" üzərində qazanılan 2:0 hesablı qələbədən sonra klubun Mətbuat Xidmətinə açıqlamasında bildirib.

Abubakar Bakıdakı ilk günlərindən etibarən həm azarkeşlər, həm də komanda yoldaşları tərəfindən çox isti qarşılandığını deyib:

"İlk növbədə, komanda yoldaşlarıma təşəkkür edirəm. Onlar Bakıya gəldiyim andan etibarən mənə ailə üzvləri kimi davranıblar. Bu münasibət futbolçunun motivasiyasını artırır. Mən "Neftçi"yə faydalı olmaq üçün gəlmişəm. Komanda yoldaşlarımızla birlikdə gücümüzü birləşdirsək, çox yaxşı nəticələr əldə edə bilərik".

Qeyd edək ki, Vensan Abubakar "Neftçi"nin heyətində debüt oyununda - "Qəbələ"yə qarşı görüşdə 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

"Neftçi" təcrübəli hücumçu transfer etdi - Vensan Abubakar Bakıda
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Abubakar bu mövsüm "Neftçi"yə nə dərəcədə faydalı olacaq?" - İdman jurnalistləri səs-küylü transferi şərh etdilər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər