Bakıdakı dəhşətli piyada vurulmalarının ANBAAN GÖRÜNTÜLƏRİ
Far.Az xəbər saytı

Bakıdakı dəhşətli piyada vurulmalarının ANBAAN GÖRÜNTÜLƏRİ


Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücü və piyadalara müraciət edib.

Far.Az həmin müraciəti təqdim edir:

"Sürücülər bilirlər ki, nəqliyyat vasitəsini yüksək sürətlə sürmək, təhlükəli manevrlər etmək, ara məsafəsini düzgün saxlamamaq, piyada keçidlərini bildirən nişanlara diqqət yetirməmək qəzalara səbəb olur.

Piyadalar da yaxşı bilirlər ki, nizamlayıcının siqnallarına diqqət yetirməmək, keçidlərdən istifadə etməmək, sürücülərin onlara yol verdiyinə tam əmin olmadan yolu keçmək təhlükəlidir. Təəssüflər olsun ki, çoxları qaydalardan xəbərdar olmalarına baxmayaraq, yenə də ölüm və xəsarətlə nəticələnən qəzalar baş verir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının əhatə dairəsində piyada vurulması ilə nəticələnən qəzaların təhlili göstərir ki, bu yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri sırasında diqqətsizlik və məsuliyyətsizlik dayanır. Qəzalar daha çox piyada keçidlərinin bir neçə metrliyində, lakin keçidlərdən kənarda qeydə alınır. Vəziyyətin ciddiliyini nəzərə alaraq bir daha yol hərəkəti iştirakçılarına müraciət edirik:

Əziz yol hərəkəti iştirakçıları!

Həyat və sağlamlığınız üçün vacib olan təsadüf və ya qismət yox, yollarda diqqət və məsuliyyətdir. Həm piyadalar, həm də sürücülər yollarda son dərəcə diqqətli və məsuliyyətli olmalıdırlar".

Oxşar xəbərlər

Bakıdakı dəhşətli piyada qəzaları - ANBAAN GÖRÜNTÜLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda piyadalar üçün dərs: Polis ölüm anlarını göstərdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər