"Elm və təhsil yeniliklərinin media təqdimatı" mövzusunda təlim keçirilib
24–25 oktyabr 2025-ci il tarixlərində Elm və Təhsil Nazirliyi tərəfindən media nümayəndələri üçün "Elm və təhsil yeniliklərinin media təqdimatı" mövzusunda iki günlük təlim təşkil olunub.
Far.Az xəbər verir ki, təlimin məqsədi elm və təhsil sahəsində həyata keçirilən islahatların, yeniliklərin və strateji istiqamətlərin media müstəvisində düzgün təqdimatı bacarıqlarının artırılması, həmçinin təhsil jurnalistikasının inkişafına dəstək vermək olub.
Proqram çərçivəsində media nümayəndələri üçün dörd panel sessiya təşkil edilib.
Birinci paneldə Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri Leyla Xəlilova Rzazadə "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda elm və təhsil hədəfləri və nailiyyətlər mövzusunda təqdimatla çıxış edib.
İkinci paneldə elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu məktəbəqədər və ümumi təhsil sahəsində yeniliklər, beynəlxalq qiymətləndirmələr və monitorinqlər barədə məlumat veriblər.
Təlimin üçüncü panelində Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rektoru Almaz Mahmud "Elm və təhsil mediada: təhsil jurnalistikası" mövzusunda təqdimatla çıxış edib.
Təlimin ikinci günündə "Elm və ali təhsil sahəsində hədəflər" mövzusunda panel sessiyası təşkil edilib. Sessiyada Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman bu istiqamətdə görülən işlər və prioritetlər barədə məlumat verib.
Panel müzakirələrindən sonra elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə media ilə əməkdaşlığın əhəmiyyəti, ictimaiyyətlə açıq və şəffaf kommunikasiya mexanizmlərinin gücləndirilməsi istiqamətində fikir və təkliflər müzakirə olunub.
Təlim proqramı iştirakçılara sertifikatların təqdim edilməsi ilə yekunlaşıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
"Regional sülh, əməkdaşlıq və Qarabağın dirçəlişinə strateji baxış" mövzusunda forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Güzəştli şərtlərlə mənzil amaq istəynələr üçün YENİ XƏBƏR
-
122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI
-
Litva Prezidenti Belarus məhsullarının Kalininqrada tranzitinin qadağan olunacağını bildirib
-
Bakıda mənzildə huşsuz vəziyyətdə qalan şəxs xilas edilib
-
DİQQƏT! Sabah bu rayonda qaz olmayacaq
-
Meyxanaçı Ağamirzə Məmmədov: "İstəsək də, Rəşad Dağlı ilə görüşə bilmərik"













