 
	 
			Bakıda bu ərazidə yaşayan sakinlərə 3 GÜN VAXT VERİLDİ - SÖKÜLƏCƏK
Bakının Yasamal rayonunda bəzi küçələrdə yaşayan sakinlərə kondisionerlərin sökülməsi ilə bağlı xəbərdarlıq edilib.
Bu barədə Far.Az-in "qaynar xətti"nə vətəndaşlar tərəfindən müraciət daxil olub.
Sakinlərin sözlərinə görə, Manzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən edilən bildirişdə qeyd olunub ki, binaların fasadlarında quraşdırılan kondisioner və başqa quraşdırılmış əşyalar üç gün ərzində sökülməlidir. Əks halda, həmin avadanlıqlar qurum tərəfindən çıxarılacaq.

"Şəhərimizdə abadlıq işlərinin aparılması ilə əlaqədar olaraq İ. Səfərli küçəsi ilə D. Əliyeva, Vidadi, B. Səfəroğlu, A. Quliyev, H. Aslanov, L. Tolstoy, S. Tağızadə və Nizami küçələrinin kəsişmələrindəyerləşən iaşə obyektlərinin, mənzillərin, müəssisə və özəl təşkilatların nəzərinə! Xahiş edirik, iaşə obyektlərinin, mənzillərin, müəssisə və özəl təşkilatların qarşısında və ətrafında Sizin tərəfinizdən quraşdırılmış dəmir maneələri, yağış çardaqları, kondisionerlər və digər avadanlıqları 3 (üç) gün müddətinə sökəsiniz", - deyə Manzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən göndərilən bildirişdə qeyd olunub.

Bəzi sakinlər bildirirlər ki, binalarının arxa tərəfinə pəncərələri açılmadığı üçün kondisionerləri yerləşdirmək üçün başqa imkanları yoxdur. Belə olan halda kondisionerlərin sökülməsini istəmirlər. Onlar məsul qurumlardan problemin alternativ həll yollarını nəzərdən keçirməyi xahiş ediblər.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
- 	
	Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
- 	
	"Arsenal" İngiltərə futbolu tarixində yeni rekorda imza atıb
- 	
	Azərbaycanlı müğənni 800 min manata villa, 250 min dollara isə maşın aldı
- 	
	Saxlanılan icra başçısı KİMDİR?
- 	
	Rusiyada azərbaycanlı iş adamı qanlı "Mercedes"də ölü tapıldı
- 	
	DTX-dən "Hurriyyet TV"də əməliyyat: Vüqar Məmmədov saxlanıldı













