Bağçada azyaşlıya qarşı şiddət göstərən dayə işdən ÇIXARILIB - GÖRÜNTÜLƏR
Far.Az xəbər saytı

Bağçada azyaşlıya qarşı şiddət göstərən dayə işdən ÇIXARILIB - GÖRÜNTÜLƏR


Tovuzda iki il əvvəl bağçada azyaşlıya şiddət göstərən dayə işdən çıxarılıb.

Bu barədə Far.Az-in sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, bu gün sosial şəbəkələrdə yayılan Tovuz rayonu Qovlar şəhəri 2 nömrəli körpələr evi–uşaq bağçasında uşağa qarşı yolverilməz davranışı əks etdirən video ilə bağlı araşdırma aparılıb.

Məlumata görə, araşdırma nəticəsində görüntülərdəki hadisənin təxminən iki il əvvəl baş verdiyi məlum olub.

İdarədən bildirilib ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq videoda yer alan sanitar-dayə bu gün müvafiq əmrlə işdən azad edilib.

***16:44

Azərbaycanda bağçaların birində azyaşlıya qarşı şiddəti əks etdirən görüntülər yayılıb.

Bu barədə Far.Az-in "qaynar xətti"nə məlumat daxil olub.

İddialara görə, görüntülər Tovuz rayonunun Qovlar şəhərində yerləşən 2 nömrəli körpələr evi-uşaq bağçasında qeydə alınıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan Far.Az-ə bildirilib ki, görüntülərlə bağlı Tovuz RPŞ-də araşdırma aparılır.

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

Bağçada dayə tərəfindən uşağa təzyiq göstərilməsi iddiaları TƏSDİQLƏNMƏDİ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bağçada azyaşlıya qarşı şiddət göstərilib - GÖRÜNTÜLƏR
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər