Ermənistan XİN başçısının həyat yoldaşı Azərbaycanla əlaqədar komissiyanın tərkibinə daxil edilib
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Qoar Abacyan Azərbaycanla kommunikasiyaların bərpası üzrə komissiyanın tərkibinə daxil edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.
Məlumata görə, hökumət başçısı Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi kommunikasiyaların açılması üzrə komissiyanın yaradılması haqqında qərara dəyişikliklər edərək yenilənmiş tərkibi təsdiqləyib.
Baş nazirin müavini Mqer Qriqoryanın başçılıq etdiyi komissiyaya xarici işlər nazirinin müavini Vaan Kostanyan, xarici işlər nazirinin həyat yoldaşı Qoar Abacyan və bir sıra digər vəzifəli şəxslər də daxildir.
Qeyd olunur ki, Qoar Abacyan bu yaxınlarda "İnvestisiyaların Təşviqi Mərkəzi" Fondunun direktoru təyin edilib.
Bundan başqa, komissiyanın yenilənmiş tərkibinə Ali Məhkəmə Şurasının keçmiş sədri Karen Andreasyan da daxil edilib. Hazırda o, Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsidir.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SOCAR-ın idarəsinin qeyri-neft ixracından 303 milyon dollara yaxın gəlir əldə edib
-
Azərbaycan neftinin qiyməti 66 dollardan aşağı düşüb
-
Azərbaycanda akkreditə olunmuş diplomatların Cəbrayıl və Zəngilan rayonlarına səfəri başlayıb
-
Qəzada ölən 37 yaşlı müğənninin DƏFN YERİ BƏLLİ OLDU
-
Ermənistan XİN başçısının həyat yoldaşı Azərbaycanla əlaqədar komissiyanın tərkibinə daxil edilib
-
Alyona Əliyeva "Dostluq Kuboku" minifutbol turniri ilə bağlı paylaşım edib













