Naxçıvanda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanıldılar
Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən edilərək saxlanılıblar.
Far.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər məhkum olunmuş, 50 yaşlı Azadi Babayev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman külli miqdarda heroin aşkar edilərək götürülüb. A.Babayev narkotik vasitəni satış məqsədilə əldə edib saxladığını etiraf edib.
Digər əməliyyat tədbirləri nəticəsində 30 yaşlı Atay Elçin, Sahib Zeynalov və 33 yaşlı Elvin Mehrəliyev də müəyyən edilərək saxlanılıblar. S.Zeynalova məxsus avtomobilə baxış zamanı oradan külli miqdarda metamfetamin aşkarlanaraq götürülüb.
Bundan əlavə, keçirilən növbəti əməliyyat tədbiri ilə əvvəllər məhkum olunmuş, 63 yaşlı Fazil Kərimov da saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı xüsusi qulluqla yetişdirilən 87 ədəd çətənə kolları aşkarlanıb.
Faktlarla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İmişlidə I Qarabağ müharibəsinin itkin-şəhidi Elçin Heydərov dəfn edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













