Birmarket ticarətçilərlə birgə ölkədə biznesi irəli aparır
Azərbaycanın aparıcı e-ticarət platforması Birmarket 3 noyabr 2025-ci il tarixində Heydər Əliyev Mərkəzində Ticarətçilər Forumu keçirib. Forumun məqsədi ölkənin müxtəlif regionlarından olan ticarətçiləri bir araya gətirərək onların təcrübəsini bölüşmək, qarşılıqlı əməkdaşlığı gücləndirmək və ticarət sənayesinin inkişafı üçün yeni imkanlar təqdim etmək olub.
Açılış nitqində Birmarket-in Baş İcraçı Direktoru Rauf Qulaməliyev bildirib ki, şirkət fəaliyyətini satıcıların inkişafı və müştəri yönümlü yanaşmanın gücləndirilməsi istiqamətində qurub:
"Bizim üçün hər bir satıcı tərəfdaşdır. Platformamız onların işini texnologiya, logistika və marketinq baxımından dəstəkləyir. Məqsədimiz onların daha çox qazanmaları və öz müştəriləri ilə daha güclü münasibət qurmalarıdır. Dünya təcrübəsi də göstərir ki, Birmarket kimi platformalar ölkədə biznesi inkişaf etdirir və onu irəli aparır".
O əlavə edib ki, Birmarket hazırda ölkə üzrə 1500-dən çox "Gəl Al" məntəqəsi, on minlərlə kvadratmetr anbar sahəsi və 3,5 milyondan çox məhsulu saxlama imkanı ilə ticarətçilərə geniş infrastruktur təqdim edir və Bir Ekosistem-ə inteqrasiya hazırda Birmarket satıcılarına daha geniş imkanlar yaradır:
"Birbank-ın 4 milyona yaxın aktiv müştərisi artıq platformadakı məhsulları öz tətbiqlərində görə və ala bilirlər. İlk inteqrasiyadan sonra bir ay ərzində 1 milyon yeni istifadəçi platformaya qoşuldu. BirBonus ilə 2 milyondan çox istifadəçi bonuslar toplayır və onları Birmarket-dəki mağazalarda xərcləyirlər".
Forum çərçivəsində ilin ən yüksək nəticələrinə imza atan satıcılar səkkiz kateqoriya üzrə mükafatlandırılıb. Tədbirdə həmçinin Birmarket, Birbank və M10 stendləri təqdim olunub, partnyorlarla birbaşa ünsiyyət və rəy mübadiləsi aparılıb.
Qeyd edək ki, Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir Ekosistem Birbank, m10, MilliÖn, Birmarket, BakıKart və Trendyol Azərbaycan kimi ölkənin aparıcı brendlərini vahid çətir altında birləşdirir. PAŞA Holding tərəfindən yaradılan ekosistem 2025-ci il 7 fevralda ictimaiyyətə təqdim olunub və müştərilərin gündəlik maliyyə, alış-veriş və nəqliyyat ehtiyaclarını innovativ yanaşma ilə qarşılayaraq onlara inteqrasiya olunmuş istifadə təcrübəsi təqdim edir.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AEBA rəhbəri Qazaxıstanda nüvə sahəsində əməkdaşlığı müzakirə edəcək
-
Holann cari mövsümdə İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub
-
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb
-
Rubio: ABŞ Hörmüz boğazının açılışından sonra nüvə probleminin müzakirəsinə hazır olacaq
-
Füzuli sakinini ildırım vuraraq öldürüb
-
Mayk Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilib













