Beyləqanda ata 31 min manat aliment borcuna görə həbs olundu
Beyləqanda övladlarına aliment verməyən kişi həbs edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rayon sakini Seymur Quliyev 2003-cü ildə ailə qurub. Cütlüyün birgə nikahdan iki azyaşlı övladı dünyaya gəlib. Onlar 2018-ci ildə boşanıblar və məhkəmə hər uşağa aylıq 250 manat olmaqla, ümumilikdə 500 manat aliment ödənilməsinə qərar verib.
Lakin Seymur Quliyev müxtəlif bəhanələrlə aliment ödəməkdən yayınıb. Nəticədə, qadın övladlarının alimenti ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində S.Quliyev saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Beyləqan Rayon Məhkəməsində keçirilən prosesdə məlum olub ki, Seymur Quliyevin ümumilikdə 31 min manat məbləğində aliment borcu yaranıb və o bu borcu ödəməkdən imtina edib.
Məhkəmənin hökmü ilə S.Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bu azərbaycanlı məşhurların övladı birinci sinifə gedir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Gəncədə sələmə pul verən ailənin evinə silahlı basqın - TƏFƏRRÜAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













