Azərbaycanın yeniyetmə şahmatçıları Avropa çempionatında 3 medal qazanıblar
Azərbaycanın yeniyetmə şahmatçıları Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında 3 medal qazanıblar.
Far.Az xəbər verir ki, 14 yaşlı oğlanların kateqoriyasında təmsilçimiz Xaqan Əhməd 7,5 xal toplamaqla birinci yeri tutub.
9 turdan sonra iki şahmatçının eyni xalı olub. Əlavə əmsallara görə Xaqan Əhməd yarışın 6-cı turunda məğlub etdiyi Ermənistan şahmatçısı Tiqran Ambarçumanyanı qabaqlayaraq 116 şahmatçı arasında birinci yerə layiq görülüb və Avropa çempionu titulunu əldə edib.
10 yaşlı qızların yarışında Mehriban Əhmədli 9 turda 7,5 xal toplayaraq gümüş medala layiq görülüb. 16 yaşlı qızların birinciliyində isə Məryəm Ağaverdiyeva 9 partiyada 7 xalla Avropa çempionatının bürünc medal qazanıb.
Daha iki şahmatçımız mötəbər yarışı ilk beşlikdə bitirib. 16 yaşlı oğlanların mübarizəsində Rüstəm Rüstəmov, 8 yaşlı oğlanların yarışında isə Kənan Babasoy yekunda 2-5-ci sıraları bölüşüb.
1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Azərbaycan komanda hesabında 48 ölkə arasında 5-ci olub.
Yarışın bağlanış mərasimində qalib və mükafatçılara medal, kubok və diplomlar verilib. 14 yaşlı oğlanların mübarizəsində qızıl medal qazanan Xaqan Əhmədin şərəfinə Monteneqroda Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, turnirdə 48 ölkədən 1169 şahmatçı mübarizə aparıb.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Mehriban Əliyevanın doğum günüdür
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
III MDB Oyunları: Azərbaycanın qrup hərəkətləri komandası bürünc medal qazanıb
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda idarəçilik modeli yenilənir
-
DÇ-2026: Cənubi Koreya Çexiya üzərində əzmkar qələbə qazanıb
-
9 nəfər işdən çıxarılıb, 31 nəfər məsuliyyətə cəlb edilib - TƏBİB
-
Azərbaycanda vergi borcları 3,3 milyard manatı keçib
-
TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib
-
Milli Məclis Qurtuluş günü ilə bağlı Prezidentə və Birinci vitse-prezidentə təbrik ünvanlayıb













