Bu gün açılan Zəfər Muzeyinin bir divarına şəhidlərimizin adları HƏKK OLUNUB
Far.Az xəbər saytı

Bu gün açılan Zəfər Muzeyinin bir divarına şəhidlərimizin adları HƏKK OLUNUB


Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər Muzeyinin açılışında iştirak ediblər.

Far.Az xəbər verir ki, muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş "Dəmir yumruq" instalyasiyası və Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunub.

Muzeyi əhatə edən divarda isə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib.

44 günlük Vətən müharibəsində və ondan sonra ölkənin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin adlarına, eyni zamanda, muzeyin ekspozisiya zallarında da rast gəlmək mümkündür.

Qeyd edək ki, Zəfər Muzeyi noyabrın 9-dan ziyarətçilər üçün açıq olacaq.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Zəfər muzeyinin açılışı olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər