Azərbaycanda şirkətin 40 min manatını mənimsəməkdə ittiham olunan işçiyə HÖKM OXUNDU
"Mətanət A" şirkəti əməkdaşını məhkəməyə verib.
Far.Az "Teleqraf"a istinadən xəbər verir ki, şirkət ekspeditoru 40 715 manat mənimsəməkdə ittiham edib.
İddia ərizəsində qeyd olunub ki, H.Məmmədov satışdan əldə etdiyi, ümumilikdə 159 297.37 manat nağd pul vəsaitinin 40 715.95 manatını mənimsəyib.
Təqsirləndirilən şəxs isə məhkəmədə ifadəsində bildirib ki, audit yoxlaması nəticəsində aşkar edilmiş çatışmazlıq kimi olan pul vəsaitinin təxminən 2 000 manatını xəzinəyə ödəməyib. O, bunun səbəbini pandemiya dönəmində maddi vəziyyətinin aşağı olması, həmin vaxtlarda şirkət tərəfindən maaşlarının ödənilməməsi ilə izah edib.
Nərimanov Rayon Məhkəməsi H.Məmmədovun ifadəsini özünə bəraət qazandırmaq kimi qiymətləndirib. Şirkətə xeyli miqdarda ziyan vuran H.Məmmədovun azadlığı 3 il müddətinə məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Azərbaycanda 1.2 milyon manat dələduzluqda ittiham olunan sahibkar: "Əti maaş əvəzinə paylayıblar"
Vardanyan Paşinyanın, ATƏT-in Minsk qrupu üzvlərinin və BQXK nümayəndələrinin dindirilməsini xahiş edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda saxlanılmış şəxslər məhkəmədə ifadə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
-
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
-
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq
-
Oman sahillərində iki gəmi hücuma məruz qalıb
-
ABŞ-də dizelin qiyməti tarixi maksimuma çatıb
-
Maykl Kerrik: "Sabah" mübarizə aparmaq üçün çətin komandadır"













