Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib
Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstanda C-130 nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçinin həlak olduğunu təsdiqləyib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Noyabrın 11-də Gürcüstan-Azərbaycan sərhədində C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçimiz həlak olub. Səhər saat 6:30-da Gürcüstan hakimiyyəti ilə razılaşdırılaraq təyyarəmizin qəzaya uğradığı yerdə axtarış-xilasetmə əməliyyatlarına və qəza ilə bağlı araşdırmalara başlanılıb", - deyə məlumatda bildirilir.
"Qəhrəman döyüş yoldaşlarımız 2025-ci il noyabrın 11-də Azərbaycandan ölkəmizə uçan C-130 hərbi yük təyyarəmizin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nəticəsində şəhid olub. Şəhidlərimizin ailələrinə və xalqımıza öz adımdan və Milli Müdafiə Nazirliyinin üzvləri adından başsağlığı verirəm", - deyə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər də bildirib.
Bundan başqa nazirlik şəhid hərbçilərin ad və soyadlarını da açıqlayıb.
Gökhan Korkmaz – Pilot
Serdar Uslu – Zabit
Nihat İlgen – Zabit
Cüneyt Kandemir – Zabit
Emre Mercan – Baş Leytenant
Nuri Özcan – Baş Çavuş
Ümit İnce – Zabit
Burak Özkan – Zabit
Emrah Kuran – Zabit
Hamdi Armağan Kaplan – Zabit
Akın Karakuş – Zabit
İlker Aykut – Baş Qərargah rəisi
Ramazan Yağız – Zabit
Emre Altiok – Zabit
Burak İbbiği – Zabit
İlhan Ongan – Baş Çavuş
Berkay Karaca – Zabit
Ahmet Yaşar Kuyucu – Zabit
Cem Dolapcı – Zabit
Emre Sayın – Zabit.
Qalereya
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Naxçıvanda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid məzarları ziyarət edilir
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq
-
AEBA rəhbəri Qazaxıstanda nüvə sahəsində əməkdaşlığı müzakirə edəcək
-
Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI
-
Kürdəmirdə 21 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı
-
Holann cari mövsümdə İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub
-
"Karvan-Yevlax" son dəqiqələrdə qələbəni əldən verdi













