Nərimanovda binadakı yanğın SÖNDÜRÜLDÜ
Far.Az xəbər saytı

Nərimanovda binadakı yanğın SÖNDÜRÜLDÜ


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Yanğın nəticəsində binanın şaxtasında elektrik naqilləri və zirzəmi hissəsində elektrik lövhəsi yanıb.

***10:58

Bakıda yaşayış binasında yanğın başlayıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, əraziyə polis və yanğınsöndürən qüvvələr cəlb edilib.

Məsələ ilə əlaqədar FHN-in mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hazırda yanğının söndürülməsi istqamətində iş aparılır.

Ərazidən görüntüləri təqdim edirik:

Oxşar xəbərlər

Dərnəgüldə obyektdəki yanğın söndürüldü
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Dərnəgüldə yaşayış binasında YANĞIN SÖNDÜRÜLDÜ
Binəqədidə yerləşən anbarda baş vermiş yanğın SÖNDÜRÜLDÜ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər