Tələbə və müəllimlərə yeni güzəştlər TƏKLİF EDİLDİ
"Yeni təhsil büdcəsi həm də sosial dəstək mexanizmlərinin genişlənməsi üçün imkan yaradır. Müəllimlər üçün region əmsalları, nəqliyyat subsidiyası, gənc müəllimlər üçün ipoteka və kirayə dəstəyi tətbiq edilə bilər".
Bu sözləri Far.Az-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
O əlavə edib ki, bir çox ölkələrdə - Estoniya, Finlandiya, Cənubi Koreyada məhz region məktəblərində çalışan müəllimlər üçün əlavə güzəştlər tətbiq olunur və bu, kadr çatışmazlığını aradan qaldırır:
"Tələbələr üçün isə təqaüdlərin artırılması, təhsil kreditlərinin faizsiz və ya aşağı faizlə verilməsi, xüsusi istedadlı tələbələr üçün qrant proqramları, ümumi nəqliyyat güzəştləri ali təhsilin əlçatanlığını artırar".
K.Əsədov həmçinin qeyd edib ki, ali təhsil isə bu büdcənin ən zəif halqasıdır və bu sahənin problemlərini xüsusi qeyd etmək vacibdir:
"Azərbaycan universitetləri hələ də əmək bazarının tələblərinə uyğunlaşa bilmir; minlərlə tələbə ixtisası üzrə iş tapa bilmir, texniki və mühəndislik sahələrində kadr çatışmazlığı davam edir, elmi mühit zəifdir, tədqiqatların sayı və keyfiyyəti aşağıdır. Universitetlər xüsusilə tənqid olunmalı olan seqmentdir, çünki ayrılan vəsaitlər çox vaxt real nəticəyə çevrilmir, əmək bazarı ilə əlaqələr formal xarakter daşıyır, tədris proqramlarının böyük hissəsi köhnədir, universitet–sənaye əməkdaşlığı çox zəifdir.
Tədqiqat qrantlarının real rəqabəti yoxdur, PhD sistemi struktur olaraq səmərəsizdir, elmi nəticə istehsalı minimum səviyyədədir. Bu şəraitdə təhsilin keyfiyyətini yüksəltmək üçün ali təhsilin maliyyələşmə modeli tam dəyişməlidir: universitetlərə ayrılan vəsait məzunların məşğulluq səviyyəsinə, əmək bazarı ilə bağladığı müqavilələrə, dual təhsil proqramlarına, tədqiqat nəticələrinə və elmi məhsuldarlığa görə diferensiallaşdırılmalıdır. Bu tənqid yerində və zəruridir, çünki ali təhsilin hazırkı durumu ümumi təhsilin inkişaf tempinə ayaq uydurmur".
Orxan Hüseyn
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"9990" və "7770" qısa nömrələrindən gələn zənglərlə bağlı DİN-dən AÇIQLAMA
-
Azərbaycanda rels avtobuslarının tətbiqi ilə bağlı AÇIQLAMA
-
Bakcell abunəçisi 6-cı lüks avtomobili qazandı!
-
"Qarabağ"ın "Napoli" ilə səfər oyunu ərəfəsində azarkeşlər komandanın şanslarını dəyərləndirdilər
-
Şans dolu anlar: "Evini OBA ilə doldur"un üçüncü tirajının qalibləri seçildi!
-
2026-cı ildə Ukraynanı nə gözləyir?













