Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər məhkəməyə gətirilib
Far.Az xəbər saytı

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər məhkəməyə gətirilib


Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan üç nəfər əcnəbi Səbail Rayon Məhkəməsinə gətirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün onlar barəsində açılan cinayət işi üzrə məhkəmə prosesinin başlayacağı gözlənilir.

Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin bu il avqustun 13-də Bakıya turist kimi beşgünlük gəldikləri və Şəhidlər xiyabanında çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər hakim qarşısında
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər məhkəməyə aparılıblar
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər