Üç və daha çox uşağı olan qadınlara ŞAD XƏBƏR
Üç və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin tətbiqi təklif edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu təklifi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı irəli sürüb.
O, dövlətin çoxuşaqlı ailələrə müvafiq sosial dəstək proqramları həyata keçirdiyini vurğulayaraq bu istiqamətdə əlavə addımların atılmasına ehtiyac olduğunu bildirib:
"Beynəlxalq təcrübəni öyrənməklə, üç və daha çox uşağı olan qadınlar üçün müəyyən güzəştlərin tətbiq olunmasını təklif edirik".
Komitə sədri həmçinin vurğulayıb ki, mövcud qanunvericiliyə və Nazirlər Kabinetinin müvafiq Qərarlarına əsasən, ölkədə həm uşaq bağçalarında, həm də təhsil müəssisələrində tibbi xidmət təşkil olunmalıdır:
"Uşaqlara, eləcə də, müəllim və texniki heyətə ilkin yardım göstərmək üçün həmin tibb məntəqələri məsuliyyət daşıyır. Bəzən uşağın həyatı göstərilən ilkin tibbi yardımdan asılı olur. Ancaq əfsuslar olsun ki, bir çox uşaq bağçalarında və məktəblərdə tibb işçiləri yoxdur. Bu, psixoloji xidmətin təşkilinə də aiddir. Psixoloji dəstəyə ehtiyacın müəyyən edilməsi bir sıra ağır nəticələrin qarşısını vaxtında ala bilər".
Oxşar xəbərlər
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Seyidbəyli kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub
SOCAR "Uzbekneftegaz"ın əməkdaşları üçün təcrübə proqramları təşkil edib
"Şəhərkənarı" ərazilərdə yaşayanlara ŞAD XƏBƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp ABŞ-nin təkliflərinə İrandan cavab gözləyir
-
ABŞ Hörmüz boğazında "Azadlıq Layihəsi" əməliyyatını bərpa edə bilər
-
Tramp hantavirusun araşdırılması ilə bağlı aktiv tədqiqatın aparıldığını açıqlayıb
-
ABŞ İran hərbçilərinə yardım göstərən 10 şəxs və şirkətə sanksiya tətbiq edib
-
WSJ: ABŞ-İran danışıqlarının yeni mərhələsi İslamabadda keçirilə bilər
-
Prezident və birinci xanım Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər













