DİN-dən atası və əmisindən şikayət edən 22 yaşlı Nərminlə bağlı AÇIQLAMA
Far.Az xəbər saytı

DİN-dən atası və əmisindən şikayət edən 22 yaşlı Nərminlə bağlı AÇIQLAMA


Nərmin Şirəliyeva qeyd olunan məsələ ilə bağlı polisə müraciət edib.

BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

"Hazırda müraciət üzrə prosessual araşdırma aparılır, müvafiq ekspertizalar təyin olunub. Araşdırmalar davam etdirilir",-deyə qeyd edilib.

***18:14

Bakı şəhər Nizami rayon sakini 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edir.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə paylaşım edib.

Gənc qız bildirib ki, bir müddət əvvəl 33 yaşlı əmisi A.Qasımlı tərəfindən cinsi istismara məruz qalıb. O, məsələ ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə müraciət etdiyini və buna görə atası və əmisi tərəfindən təhdid edildiyini deyib: "A.Qasımlı mənim köhnə e-mail hesablarımı, yazışmalarımı və sair şəxsi video və şəkillərimi qanunsuz şəkildə əldə edərək əleyhimə sübut olaraq istifadə etməyə çalışır. Eyni zamanda atam da məni dəlixanaya saldırmaq üçün təhdidlər edir".

N.Şirəliyeva videomüraciətində aidiyyəti qurumların məsələni nəzarətə götürməsini istəyib. O, videonu paylaşdıqdan sonra başına hər hansı hadisə gələcəyi təqdirdə adını çəkdiyi yaxınlarının məsuliyyət daşımalı olduğunu əlavə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
"Xankəndi-1" elektrik yarımstansiyası istismara verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər