Bakıda qayıdış hüququna həsr edilən beynəlxalq elmi konfrans keçirilir
Bakıda "Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ" adlı beynəlxalq elmi konfrans keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə baş tutan tədbir 2025-ci il üçün təsdiq olunmuş Tədbirlər Planının 15-ci bəndinə uyğun olaraq "Konstitusiya və Suverenlik İli"nə həsr edilib.
Konfransın məqsədi Qərbi Azərbaycandan zorla çıxarılmış şəxslərin öz doğma yurdlarına ləyaqətlə qayıtmaq hüququnun insan hüquqları, beynəlxalq hüquq və regional təhlükəsizlik kontekstində elmi əsaslarla öyrənilməsi və qiymətləndirilməsidir.
Tədbir çərçivəsində qayıdış hüququnun beynəlxalq hüquqi əsasları, qaçqın və deportasiya olunmuş şəxslərin hüquqi statusu, mülkiyyət hüquqlarının müdafiəsi və AİHM təcrübəsində qiymətləndirilməsi, regional təhlükəsizlik, sülh prosesləri və onların qayıdış hüququna təsiri İşğal dövründə cinayət hüququnun tətbiqi və işğaldan sonrakı məsuliyyət mexanizmləri, əhalinin köçürülməsi, mədəni hüquqların bərpası və mülki-hüquqi mexanizmlər, qayıdış konsepsiyasının həyata keçirilməsini təmin edən beynəlxalq hüquqi alətlər və praktiki mexanizmlər üzrə elmi-nəzəri və praktiki müzakirələr aparılacaq.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Bakıda "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda beynəlxalq konfrans keçirilir
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"9990" və "7770" qısa nömrələrindən gələn zənglərlə bağlı DİN-dən AÇIQLAMA
-
"Qarabağ"ın "Napoli" ilə səfər oyunu ərəfəsində azarkeşlər komandanın şanslarını dəyərləndirdilər
-
Bakcell abunəçisi 6-cı lüks avtomobili qazandı!
-
2026-cı ildə Ukraynanı nə gözləyir?
-
Ronaldonun DÇ-2026-nın oyunlarını buraxmaq təhlükəsi yaranıb
-
Bakıda qayıdış hüququna həsr edilən beynəlxalq elmi konfrans keçirilir













