İşçinin əmək hüquqlarının pozulmasına görə şirkət cərimələnib
Far.Az xəbər saytı

İşçinin əmək hüquqlarının pozulmasına görə şirkət cərimələnib


"ZEYTUN PARK" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı araşdırma aparılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd edilib ki, aparılan araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) şəxsin MMC-nin icarəsində olan paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yerləşən bazarda müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda İnzibati Xətalar Məcəlləsininəmək müqaviləsi (konktraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda Cəmiyyətin direktoru Səfərov Kamal Hüseyn oğlu barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib. Vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində cərimə edilib.

Oxşar xəbərlər

Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
20 su emalı müəssisəsində mikrobioloji çirklənmə aşkarlanıb
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Hüquqlarını pozan şirkət 20 min manat cərimələnib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər