Zelenski: Ukrayna Azərbaycandan təbii qazın alması üçün fəal iş görür
Far.Az xəbər saytı

Zelenski: Ukrayna Azərbaycandan təbii qazın alması üçün fəal iş görür


Ukrayna Azərbaycandan təbii qazın alması üçün fəal iş görür.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski feysbuk səhifəsində yazıb.

"Qış tədarükü üçün geniş imkanlar yaradırıq. Xüsusilə polşalı tərəfdaşlarımız vasitəsilə biz Azərbaycanla fəal işləyirik. Uzunmüddətli müqavilələrə ümid edirik", - deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Fransa ilə birgə Ukraynanın döyüş aviasiyasını, hava hücumundan müdafiəsini və digər müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək tarixi saziş hazırlanıb.

Ukrayna Prezidenti bazar ertəsi İspaniyaya gözlənilən səfərin məhsuldar olacağını da bildirib.

"Səfər cədvəlinə görə, bu, bazar ertəsi olacaq. Səfər mənalı keçəcək, həqiqətən də Ukraynaya özünü müdafiə etməyə və məqsədlərinə çatmağa kömək edəcək bir dəstək olacaq", - deyə Zelenski vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ukrayna və Azərbaycan səhiyyə nazirləri saziş imzalayıb, əməkdaşlıq genişləndirilir
Rusiyanın PUA hücumundan sonra Kiyev
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər