Xaçmazda arıçılıq təsərrüfatlarında məhsuldarlıq artıb
Far.Az xəbər saytı

Xaçmazda arıçılıq təsərrüfatlarında məhsuldarlıq artıb


Xaçmaz rayonunda arıçılıq təsərrüfatlarında məhsuldarlıq artıb.

"Far.Az"un Şimal bürosunun məlumatına görə, arıçılar təsərrüfatlarından bol məhsul əldə ediblər. Yerli təsərrüfat sahibləri bildirirlər ki, bu ilki məhsuldarlıq ötən illə müqayisədə daha çoxdur.

Ötən il orta hesabla bir yeşikdən 9-11 kiloqram bal toplanmışdısa, bu il 18-20 kiloqram bal götürülüb. Toplanan məhsulun bir hissəsi satışa çıxarılıb.

Hazırda 1 kiloqram balın satış qiyməti 25-30 manat arasında dəyişir.

Qeyd edək ki, dövlət tərəfindən arıçılıq təsərrüfatlarına subsidiyanın verilməsi bu sahənin genişləndirilməsinə şərait yaradıb. 2022-ci ilədək davam edən prosesdə 264 arıçı fermerin 7 464 arı ailəsinə 74 640 manat subsidiya verilib.

Oxşar xəbərlər

AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Azərbaycanda bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək
Serialda qovuşa bilməyən cütlük real həyatda evləndi - FOTO/VİDEO
Azərbaycanda subsidiya proqramında bitkilərin siyahısı genişləndirilib
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər