Laçın və Zəngilanda "Səyyar Gənclər Xidməti" fəaliyyət göstərəcək
Far.Az xəbər saytı

Laçın və Zəngilanda "Səyyar Gənclər Xidməti" fəaliyyət göstərəcək


Bu il Laçın və Zəngilan rayonlarında "Səyyar Gənclər Xidməti" fəaliyyət göstərəcək.

"Report" xəbər verir ki, bunu Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən 31-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "Baku Build" və 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Garabakh – 2026") bildirib.

Onun sözlərinə görə, Fond beynəlxalq fəaliyyəti çərçivəsində "Enactus" beynəlxalq yarışın ölkə üzrə keçirilməsində əsas tərəfdaşlardan biridir: "Ötən il biz təşəbbüs irəli sürdük ki, Qarabağ Universiteti də bu yarışda iştirak etsin və onlar üçün təcrübə imkanları yaratdıq. Nəticədə, Qarabağ Universiteti həmin yarışın Azərbaycan üzrə qalibi oldu".

Y. Vəliyev qeyd edib ki, məhz Qarabağ Universitetinin tələbələri Taylandda keçirilən dünya çempionatında ölkəmizi və Qarabağı təmsil etdilər: "Bundan əlavə, Gənclər Fondu tərəfindən "Səyyar Gənclər Xidməti" layihəsi bu günə kimi Xankəndidə təşkil olunub. Biz artıq növbəti mərhələdə bir yerdə, digər fondlarla birgə layihələrin reallaşdırılmasını planlayırıq".

Fərdi qrant müsabiqələrindən danışan Fond rəsmisi torpaqlar işğaldan azad olunandan bəri keçirilən bütün müsabiqələrdə həm təşkilatlar, həm də fərdlər üçün qayıdış prosesinin əsas istiqamətlərdən biri olduğunu deyib: "Bu çərçivədə gənclərimiz öz təşəbbüslərini reallaşdırıb. Burada əsas məqsəd təşkilatlarımızın resurslarını Qarabağa yönləndirməkdir. Bu istiqamət üzrə qalib gələn təşkilatlarımız əldə etdikləri qrantlarla öz ideyalarını işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirirlər. Bundan sonrakı prosesdə də işğaldan azad olunmuş ərazilər bizim əsas fəaliyyət istiqamətlərimizdən biri olacaq".

Oxşar xəbərlər

İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
İlham Əliyev Zəngilanda inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər