"Kara Haydar"ın 1 milyard 541 milyonluq daha bir kassası üzə çıxdı
Far.Az xəbər saytı

"Kara Haydar"ın 1 milyard 541 milyonluq daha bir kassası üzə çıxdı


Ankarada "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalan və onunla əlaqəli şəxslərə qarşı aparılan cinayət işi çərçivəsində növbəti irimiqyaslı əməliyyat keçirilib.

Far.Az xəbər verir ki, Baş Prokurorluq tərəfindən aparılan əməliyyat zamanı Antalyadakı obyektlərdən birində 1 milyard 541 milyon 395 min lirə nağd vəsait kimi aşkar edərək müsadirə edilib.

Hüquq-mühafizə orqanları bu əməliyyatı cinayət yolu ilə əldə edilmiş əmlakın və vəsaitlərin yuyulması (çirkli pulların yuyulması) maddəsi üzrə aparılan təhqiqat çərçivəsində həyata keçirib.

Xatırladaq ki, bu, sözügedən şəbəkəyə qarşı həyata keçirilən ilk uğurlu əməliyyat deyil.

Əvvəllər İstanbulun Sarıyer rayonunun Maslaq məhəlləsində iki avtomobildə aparılan axtarışlar zamanı 16 milyon 440 min avro və 700 min dollar nağd pul ələ keçirilmişdi.

Həmin vaxt müsadirə olunan xarici valyutanın təxminən 954 milyon TL dəyərində olduğu bildirilmişdi.

Antalyadakı son əməliyyatla birlikdə, Mehmet Fatih Tançalanın işi üzrə hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilən ümumi vəsaitin məbləği 2 milyard 475 milyon Türk lirəsinə çatıb.

Hazırda Ankara Baş Prokurorluğu tərəfindən iş üzrə istintaq-əməliyyat tədbirləri intensiv şəkildə davam etdirilir.

Oxşar xəbərlər

Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
"Kara Haydar"ın maşınlarından dəstə-dəstə pullar çıxdı
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
Toyunda taxdığı milyonluq qızıllar ARAŞDIRILIR - "Vanlı Kara Haydar" saxlanıldı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər