İcra hakimiyyətindəki qəbulda qalmaqal: Vəzifəli şəxs başçının müavininə hücum etdi
Goranboy Rayon İcra Hakimiyyətində (RİH) keçirilən qəbul zamanı xuliqanlıq etmiş vəzifəli şəxs həbs olunub.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.
Belə ki, rayonun Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində çalışan Qızılhacılı kənd sakini 1962-ci il təvəllüdlü İ.Məmmədov qəbul zamanı RİH rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətdiyinə və icra başçısının müavini Z.Əliyevə hücum etdiyinə görə polis tərəfindən saxlanılıb.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilən vəzifəli şəxs məhkəməyə göndərilib.
İ.Məmmədov ifadəsində bildirib ki, torpaq sahəsi icarəyə götürmək niyyəti olub və buna görə qəbula gedib:
"Özümü 510-cu maddə ilə təqsirli bilirəm. Goranboy rayonu Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində işləyirəm. Həmin gün icra hakimiyyətində keçirilən vətəndaşların qəbulunda iştirak etmək üçün getmişdim. Məqsədim Qızılhacılı qəsəbə ərazisində xırdabuynuzlu heyvanların otarılması üçün torpaq sahəsi istəmək idi. İcra başçısının müavini Z.Əliyev mənə bu barədə izah verdi. Lakin mən əsəbiləşərək uca səslə səs-küy salmağa və nalayiq ifadələr işlətməyə başladım".
İcra başçısının müavini isə qeyd edib ki, İ.Məmmədova digər vətəndaşlarla eyni münasibət göstərilib:
"O, ümumi örüş sahəsinin öz adına sənədləşdirilməsi ilə əlaqədar qanunsuz iddialar irəli sürdü. Bu zaman Goranboy Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən həmin şəxsə qanuni izahlar verilməsinə baxmayaraq, qanunsuz tələblərini yenidən aqressiv şəkildə uca səslə deməyə başladı. Bir daha həmin şəxsə izah verilsə də, Goranboy RİH rəhbərliyinin ünvanına uca səslə nalayiq ifadələr işlətməyə başladı. Hətta bununla kifayətlənməyərək məni vurmağa çalışdı. Bu səbəbdən həmin hadisənin şahidi olan şəxslərlə birgə akt tərtib edildi".
Goranboy Rayon Məhkəməsinin qərarı ilə İ.Məmmədov 6 sutkalıq həbs edilib.
Oxşar xəbərlər
Xeyli şəhər və rayonda icra başçısının müavini vəzifələri boşdur - SİYAHI
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ermənistanın əsirliyində olmuş azərbaycanlıların işgəncələrə məruz qalması ilə bağlı yeni ifadələr elan olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
İslamiada: Azərbaycan idmançıları iki bürünc medal qazandılar
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Azərbaycan - Fransa: Millimiz 1:3 hesabı ilə məğlub oldu
-
Ölkəyə gələn turistlərin sayı niyə azalıb? - Bahalı səfər, artıq xərc
-
Xəzər dənizinin sahəsi 36 000 kvadrat kilometrdən çox azalıb













