Mazda və Mitsubishi brendləri artıq rəsmi olaraq Babəkdə də satılacaq
GroupMotors ölkənin avtomobil sektorunda növbəti böyük addımını ataraq Babək prospektində yerləşən yeni çoxbrendli satış və xidmət mərkəzinin açılışını həyata keçirdi. Yeni mərkəz Mitsubishi, Mazda, Ford və Subaru brendlərinin satışını və servis xidmətlərini bir ünvanda birləşdirir.
Açılış mərasimində şirkət rəhbərliyi, partnyorlar və media nümayəndələri iştirak edib. Mərkəzin yaradılmasında əsas məqsəd avtomobilə sahib olma prosesini daha əlçatan, daha rahat və daha təhlükəsiz etməkdir. GroupMotors-un illərdir davam etdirdiyi missiya bu gün də dəyişməz olaraq qalır:
"Hər ailənin avtomobili olacaq."
Yeni istifadəyə verilən Babək Mərkəzi müasir standartlara uyğun olaraq dizayn edilib və burada hər bir brend üçün ayrıca satış zonaları və tam təchizatlı servis sahələri fəaliyyət göstərir.
GroupMotors-un Marketinq Direktoru Aşur Cəfərov açılış zamanı bildirib:
"Bu mərkəz bizim üçün sadəcə yeni bir obyekt deyil - ölkəmizdə avtomobil mədəniyyətini inkişaf etdirmək və müştərilərimizə daha geniş imkanlar yaratmaq üçün atdığımız növbəti strateji addımdır. Məqsədimiz ailələrin təhlükəsiz və etibarlı avtomobilə çıxışını asanlaşdırmaqdır."
Yeni Babək Mərkəzində müştərilər Mitsubishi brendinin Eclipse Cross, Outlander Sport, Pajero Sport və L200 modelləri, Ford brendinə aid Ranger və Transit modelləri, həmçinin Mazda-nın Mazda 3, CX-5, CX-60 və CX-90 modelləri ilə daha rahat şəraitdə tanış ola biləcək.
Eyni zamanda, mərkəzdə yerləşən satış sonrası xidmət sahəsi müştərilərə yüksək standartlara uyğun servis, təmir və ehtiyat hissələri dəstəyi təklif edir.
GroupMotors bu mərkəzlə paytaxtdakı xidmət şəbəkəsini daha da gücləndirir və qarşıdakı dövrdə ölkənin digər regionlarında da genişlənməyi planlaşdırır.
📍 Ünvan: Babək prospekti 33
📞 Əlaqə mərkəzi: *5665
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
FHN cəzaçəkmə müəsisəsində təlim keçirdi
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AEBA rəhbəri Qazaxıstanda nüvə sahəsində əməkdaşlığı müzakirə edəcək
-
Azərbaycanın 40 rayonunda əkin sahələrinin aprobasiyası prosesi aparılır
-
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb
-
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
-
SOCAR-a yeni mətbuat katibi təyin edilib
-
Antonelli "Formula 1"in Kanada Qran-Prisinin qalibi olub













