Taleh Kazımov: "Valyuta bazarında nağd və nağdsız seqmentlər üzrə təklif tələbi üstələyib"
2025-ci ilin ötən dövründə valyuta bazarında nağd və nağdsız seqmentlər üzrə təklif tələbi üstələyib.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, bu da qiymət sabitliyinə zəruri dəstək verib: "Tədiyyə balansının cari əməliyyatlar hesabının profisitli qalması və iqtisadi gözləntilərin effektiv idarə olunması valyuta bazarında tarazlığı dəstəkləyib".
AMB sədrinin sözlərinə görə, bu proseslərlə yanaşı, 2022-ci ildən pul siyasətinin ötürücülüyünün gücləndirilməsi üzrə həyata keçirilən islahatlar iqtisadiyyatda dedollarlaşma meyillərini gücləndirib: "Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi ilin əvvəlindən 2,1 faiz bəndi azalaraq oktyabr ayının nəticələrinə əsasən 28,5 %-ə düşüb. Bu da tarixi minimumdur. Qeyd olunan dinamika həm məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu, həm də manata inamın davamlı gücləndiyini göstərir. Bu, milli iqtisadiyyatımızın və milli valyutamız üçün əsas nailiyyətlərdən biridir".
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













