Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı - RƏSMİ
Far.Az xəbər saytı

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı - RƏSMİ


Səhiyyə sistemi hər bir ölkənin sosial inkişaf səviyyəsini müəyyən edən əsas sütunlardan biridir.

BAKU.WS-in məlumatına görə, bu sistemin mərkəzində dayanan həkimlər isə cəmiyyətin sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi kimi ən vacib missiyaları yerinə yetirirlər.

Peşəkarlıq, fasiləsiz təhsil, yüksək məsuliyyət və insan həyatına göstərilən həssas yanaşma həkimlərin fəaliyyətini digər peşələrdən fərqləndirir. Bu səbəbdən ölkədə həkimlərin sayı, onların hazırlıq səviyyəsi və müxtəlif sahələr üzrə bölgüsü həm səhiyyə siyasətinin, həm də ümumi sosial rifahın qiymətləndirilməsində mühüm göstərici kimi çıxış edir.

Maraqlıdır ki, Azərbaycanda nə qədər həkim fəaliyyət göstərir?

Mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, hazırda TƏBİB-in tabeliyindəki 91 publik hüquqi şəxsin 2,701 tibb müəssisəsi var:

"Bu müəssisələrdə 93,064 işçi çalışır, onlardan 16,923-ü həkimdir. Qeyd olunan heyətin 8 faizi xaricdə təhsil almış mütəxəssislərdir. Həmçinin, paytaxt və bölgələrdə həkim çatışmazlığı ilə bağlı bildirmək istəyirik ki, hazırda bölgələrdə bəzi ixtisaslar üzrə həkim çatışmazlığı müşahidə olunmaqdadır.

Şimal regionları üzrə anestezioloq-reanimatoloq, ginekoloq, travmatoloji, radioloq, neyrocərrah, nevroloq, infeksionist, otorinolarinqoloq, nefroloq və ailə həkimi ixtisasları üzrə, cənub regionları üzrə anestezioloq-reanimatoloq, endokrinoloq, kardioloq, nefroloq, neonatoloq, travmatoloq, radioloq, infeksionist, pediatriya, nevroloq və ailə həkimi ixtisasları üzrə, qərb regionları üzrə cərrahiyyə, nefroloq, qastroenteroloq, travmatoloq, reanimatoloq, dermatoveneroloq və ailə həkimi ixtisasları üzrə, şərq regionları üzrə ginekoloq, reanimatoloq, neonatoloq, oftalmoloq, cərrahiyyə, ailə həkim ixtisasları üzrə, mərkəzi aran regionları üzrə anestezioloq-reanimatoloq, radioloq, oftalmoloq, nefroloq, travmatoloq, cərrahiyyə , kardioloq, terapiya, pediatriya, neonatoloq ixtisasları üzrə çatışmazlıq mövcuddur".

Orxan Hüseyn

Oxşar xəbərlər

Televiziyada nəyə baxırıq? - Proqramların janr bölgüsü açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər